Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

NƏZİR ETMƏYİN HÖKÜMLƏRİ

1- Sual: O şəxs ki bilmir nəzrini dili ilə deyib ya fikir və xəyalından keçirib,öz nəzrinə əməl etməlidir?
Cavab: Bir halda ki, yəqini yoxdur nəzrin sigəsini ərəb dilində və ya başqa bir dildə oxuyubdur, ona nəzirinə əməl etmək vacib deyil.
2- Sual: Əgər insan öz nəziri üçün vaxt təyin etsə, ancaq vaxtında yerinə gətirməsə, vəzifəsi nədir?
Cavab: Orucdan başqa, əgər nəziri yerinə gətirən vaxta onu yerinə gətirə bilməsə, təklif ondan saqitdir və kəffarəsi də yoxdur.
3- Sual: İmtahandan keçmək üçün nəzir etmişəm, edə bilərəm o nəziri dəyişdirim?
Cavab: Nəzir sigəsini ərəb və ya başqa bir dildə oxumayıbsınızsa, sizə vacib deyil.
4- Sual: Nəzrin məxsus sigəsi var?
Cavab: Bəli. Nəzrin məxsus sigəsi vardır. Nümunə üçün bir şəxs xəstəlikdən şifa tapmaq üçün nəzir edir ki, bir miqdar pul fəqirə versin. Belə deyir: "Allah üçün bənim öhdəmdə var mən şəfa tapdığım təqdirdə fəqirə filan qədər verəcəyəm". Əlbəttə ərəbcə oxunmasa lazım deyil. Yuxarıda qeyd edildiyi kimi desə, kifayətdir.
5- Sual: Nəzir etmişəm ancaq iki şeyin (oruc tutmağın ya fəqirə sədəqə verməyin) arasına qalmışam. Şəkk edirəm və bilmirəm ki, onlardan hansı birini nəzir etmişəm. Təklif nədir?
Cavab: Gərək ehtiyat edib hər ikisinə əməl etsin.
6- Sual: Nəziri bilərəkdən yerinə gətirməmişəm və zamanıda keçibdir. Kəffarəsi necədir?
Cavab: Onun kəffarəsi, bir qulu azad etmək ya 60 fəqirə təam vermək və ya iki ay oruc tutmaqdır.
7- Sual: Nəzri dəyşdirmək cayizdirmi? məsələn bi şəxs nəzir edib ki, aşura günündə camaata süd ehsan etsin, edə bilər ki, südü başqa bir şey ilə əvəz eləsin?
Cavab: Əgər nəzir şəri göstərişlə oxunubsa onu dəyişdirmək cayiz deyil, əksinə həmin surətdə ki nəzr edib, əməl etməlidir. Amma (nəziri şəri göstərişlə oxumaqdan) qeyri surətdə nəziri dəyişdirməyin işkalı yoxdur.
8- Sual: Nəzir etmişəm ki, fəqirə pul verim, ancaq nəzir etdiyim pulun miqdarını unutmuşam, vəzifəm nədir?
Cavab: Əgər nəzir şəri göstərişlə oxunubsa ona əməl etmək vacibdir. Amma fəqirə az pul verməkdə kifayət edər.
9- Sual: Başqası üçün nəzir etmək ya başqasının pulundan nəzir etmək nedcədir? Məsələn ana nəzir edir ki oğlu flan işi görsün?
Cavab: Yerinə gətirilməsi və ya onun pulu başqasının öhdəsində olan nəzir düzgün deyil.