NAMAZA AİD MÜXTƏLİF MƏSƏLƏLƏR
1- Sual: İş yerində, oturduqda, yol getdikdə və s. hallarda nafilə namazı necə qılınmalıdır? Səcdə və rüku əvəzinə nə etməlidirlər?
Cavab: Nafilə namazını hər halda qılmaq səhihdir. Yol gedən zaman rüku və səcdə işarə ilə olunur.
2- Sual: Gecə namazının azan və iqaməsi var?
Cavab: Xeyir. Müstəhəbbi namazların azan və iqaməsi yoxdur. Gündəlik vacibi namazların azan və iqaməsi də müstəhəbdir.
3- Sual: "Bilərəkdən namazı tərk edən şəxs kafir olur" hədisinə əsasən bilə- bilə namazı tərk edən şəxslər kafirdirlər?
Cavab: Hədisdə namazın tərkində gələn kafir kəlməsi əməli kafirlikdir. Yəni üsyan və itaətsizlikdə mübaliğədir. Etiqadı kafir mənasını kəsb etmir. Onun hökümlərini də daşımır. Bəli əgər namazı tərk etmək onu inkar etməklə birgə olarsa, şəxsin mürtədd və nəcis olmasına səbəb olar.
4- Sual: Namaz qılmayan şəxslərlə get- gəl etmək və bir yerdə yemək yeməyin hökmü nədir?
Cavab: Namazı tərk etmək əgər laqeyidlik üzündən olarsa, kafir və nəcis olmasına səbəb deyil. Ona təsir etmə ehtimalı varsa, onunla get- gəl etməyin işkalı yoxdur.
5- Sual: Buluğdan qabaq qılınan namazlar buluğdan sonrakı qılınmamış və ya səhih qılınmamış namazların əvəzinə hesab olurmu?
Cavab: Buluğdan sonra fovt olmuş namazların qəzası qılınmalıdır. Buluğdan qabaqkı qılınan namazlar vacibi namazların qəzası əvəzinə hesab olunmur.
6- Sual: Namaz vaxtı ən yaxşı paltarı geyinməyin və zinətlənmək sifariş olduğunu nəzərə alsaq, namaz vaxtı bəzənməyin (yəni xarici ətirlərdən və bəzək əşyalarından istifadə etməyin) hökmü nədir?
Cavab: Namaz vaxtı bədənə ətir vurmaq, zahiri bəzəmək, təmiz paltar geyinmək və s. sifariş olunubdir. Amma namazda üzü bəzəmək barədə tövsiyə olunmayıbdır.
Əgər bir qadın öncədən bəzənibsə, o halda namaz qılmağın işkalı yoxdur. Ancaq bəzək əşyaları alının dərisinin möhürə çatmasına mane olmamalıdır.
7- Sual: Səfərdə bir məsciddə namaz qıldım və bilmədən möhürü özümlə gətirmişəm, vəzifəm nədir?
Cavab: Möhürü müsafirlər və ya poçt vasitəsi ilə qeyd edilən məscidə qaytarın. Məxsus bir məscidin namaz qılarları üçün vəqf olunan bir möhürlə, o məsciddən xaricdə namaz qılmaq səhih deyil.
8- Sual: Müstəhəbləri riayət etmədən ilkin vaxtda qılınan namaz fəzilətlidir yoxsa müstəhəbləri riayət olunan bir az gec qılınan namaz?
Cavab: İlk vaxtda namaz qılmaq əgər müxtəsər və təqibatsız belə olsa namazın sonrakı vaxtlarında qılınmasına üstünlüyü var. Hətta camaatla qılınan müxtəsər namaz belə müstəhəbləri ilə tək qılınan namazdan fəzilətlidir.
9- Sual: Vaxtında tək namaz qılmaq fəzilətlidir yoxsa bir miqdar təxirlə camaat namazı?
Cavab: İlkin vaxtadan bir miqdar keçsə belə, camaatla namaz qılmaq fəzilətlidir.
10- Sual: Namazın ilkin vaxtı ilə dərsin (zöhr azanı zamanı başlayan dərsin) hansı üstündür? Dərs sinifini namazı ilkin vaxtda qılmaq üçün tərk edə bilərikmi?
Cavab: İlkin vaxtda namaz qılmaq təkid olunmuş bir müstəhəbdir. Amma əgər ilk vaxtda dərs sinifini tərk etmək müəllimə hörmətsizlik, universitetin qanunlarına zidd və ya elmi nöqteyi nəzərdən geri qalmağa səbəb olarsa, namazınızı dərs sinifi tamam olandan sonra yerinə gətirin.
11- Sual: Cənabət halında və ya aylıq adət vəziyyətində meyyit namazı qılmaq olarmı?
Cavab: Bəli. Meyyit namazı qılmaq olar və səhihdir. Amma ehtiyat müstəhəb odur ki, başqa namazlarda riayət olunası şeylərin hamısı meyyit namazında da riayət olunsun.
12- Sual: Xüsuf və küsufa diqqət etməmişik, başqaları xəbər verib. Ayət namazı vacibdir?
Cavab: Əgər ay və günəşin tutlduğu vaxtda diqqətiniz olmayıbsa, xüsuf və ya küsuf qurtarandan sonra xəbərdar olmusunuzsa, ayın və günəş bütöv tutulmadığı surətdə, ayət namazı vacib deyil.
13- Sual: Niyə səfərdə oruc tutmamalıyıq və namazı qəsr qılmalıyıq?
Cavab: Səfərdə oruc tutmamaq və namazı qəsr qılmaq minnətli bir hökümdür. Şayəd səbəblərindən biri budur ki, adətən insan səfərdə bir sıra çətinliklərlə üzləşir. Allah taala da camaatın işinin asanlaşması üçün bəzi hökümləri yüngül tutubdur.
14- Sual: Əgər namazdan qabaq atanın övladı ilə işi varsa və onu çağırarsa, övladın vəzifəsi nədir?
Cavab: Əgər namazın vaxtı dardırsa, ilk öncə namazı qılmalıdır. Sonra atasının yanına getməlidir. Əgər namazın vaxtı varsa edə bilər atasının işini ön plana salsın. Amma əgər atanın fərmanını yerinə gətirməyi təxirə salmaq onun inciməsinə səbəb olarsa, vaxtın geniş olduğu halda, atanın işini qabağa salmalıdır.
15- Sual: Fitr və qurban namazı vacibdir ya müstəhəb?
Cavab: Zamanın imamının (ə) qeybət dövründə bayram namazları müstəhəbdir.