Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani:Qəzzədə sionistlərin cinayəti bəzi İslam ölkələrinin başçılarının sükutunun nəticəsidir.

Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani sionist rejimininsonuncu cinayətlərini sayaraq, buyurdular: bu cinayət dünyaya sionistlərin çirkin vəhşiliklərini göstərdi.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani əlavə etdilər: sionist rejim müxtəlif cinayətləri törətməklə öz vəhşiliklərini nümayiş etdirir. Hazırda beynəlxalq arenada sionist rejimdən müdafiə və himayət edənlər, onların cinayətinə şərikdirlər.
Sionistlərin cinayəti o qədər böyükdürki, bir neçə kitab yazmaq olar deyən Ayətullah buyurdu: Sionist rejimi çox qabaqlardan bu cür cinayətlər edirdi, hazırda da davam etdirir.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani əlavə etdilər: xoşbəxtlikdən müsəlman millətlər tarix boyu bu növ zülmlərin qarşısında dayanıb və istiqamət ediblər. Amma başçıları muzdur və satılmış oluduğundan tənəzzülə uğrayıblar. Hakimlərin geri çəkilmələrinin əsas səbəbi də biganələrə bağlılıqları olubdur. Əgər bütün müsəlmanlar bir birləri ilə bir olsalar, Fələstin məsələsi rahatlıqla həll olar. Amma bir çox başçılar ancaq söz və bəyaniyyə verməklə kifayətlənirlər. Bu İslam dünyasının təəssüfünə səbəbdir.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani İslam konfransı təşkilatından hiddətlə tənqid edərək, buyurdular: Təəssüflər olsun ki, bu gün İslam konfransı təşkilatı var deyil. Çünki layiqincə dünya məzlumlarından himayət edə bilmir. Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani həmçinin ərəb birliyinin sükutuna da işarə edərək, izhar etdilər: Təəssüflə qeyd etməliyik ki, onlardan bəzisi də əcnəbilərə satılmış hakimlərdir. Bir halda ki, İslam və müsəlmanlardan müdafiə etməlidirlər və öz varlıqlarını isbat etməlidirlər. Müsəlmanlar qeyrət göstərib, bilməlidirlərki, İslam ucadır və onu yenən olmamışdır. İslam ölkələrinin başçıları bilməlidir ki. kimlərlə dostluq edirlər.
Sonda Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani belə davam etdirdilərki, bu cinayəti şiddətləməhkum edirik və Həzrəti Məhdi (ə.c) in qarşısında bu böyük müsibəti təsliyət deyirik. Çünki Müsəlmanların zəyifliyindən təsirlənən ilk şəxs o həzrətdir.