Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani İmam Həsən Əsgəri məscidini ziyarət edərkən: Bu məscid əsil İslam memarlığı və incəsənəti şahkarıdır
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani İmam Həsən Əsgəri məscidinə gələrək, bu məscidin genişlənmə və tikiliş mərhələlərinə baş çəkdilər.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani izhar etdilər: Mərhum Həzrəti Ayətullah-ul üzma Gülpayqaninin arzularından biri İmam Həsən Əsgəri məscidini düzəltmək idi. Xoşbəxtlikdən bu arzu bu gün bu müqəddəs məscidin xidmətçilərinin əli ilə reallaşır.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani əlavə etdilər: bu məscid hal hazırda abırlışəkildə vəəzəmətli formada formalaşır. Bu işdə Mərhum Həzrəti Ayətullah-ul üzma Gülpayqaninin xeyir niyyətindən təsirlənir. Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani fəhlələrin arasına gələrək bu məscid barədə buyurdular: Mən bütün fəhlələrin əllərini öpürəm. Çünki sizin hamınız məscid qurucularısınız. Ey kaş mən də bu müqəddəs məscidin işçilərindən biri olaydım. Ümumiyyətlə məscid tikilişində xidmət etmək çox dəyərlidir deyən Ayəullah buyurdular: Pryğəmbərin buyurduğu kimi bunlar o əllərdir ki, Allah və Peyğəmbər o əlləri sevir.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani "Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar tə’mir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!" ayəsinə işarə edərək, buyurdular: İmam Həsən Əsgəri məscidini abadlaşdırmaq çox dəyərlidir. Əlhəmdullillah bu müqəddəs məscidin quruculuğunda işləyən bütün əzizlərdə imam əlaməti aşkardır. Hazırda olan işçilərə üzünü tutaraq buyurdular: sizlərə nəsib olan tofiq budur ki, bu dəyərli məsciddə işləyəsiniz və xidmət göstərəsiniz. Bunun qədrini bilin. Çünki bu məscid İmam Həsən Əsgərinin göstərişi ilə tikilmişdir. Məhz buna görə xüsusi dəyərdən bəhrələnmişdir.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani əlavə etdilər: Sizlərin bu müqəddəs məsciddə xidmət etdiyiniz hər gün və hər saat qiyamət gününədək savab və əcri var. Buna görə bu mənəvi məkanda xidmət etməyi ömür saaatlarından saymaq olmaz.
Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqani həmçinin bu müqəddəs məscidin tikiliş müdir və mühəndislərindən təşəkkür etdilər. Bəyan etdilər ki, bu məscidin yeni tikilişi əsil İslam memarlığı və incəsənəti şahkarıdır. Hər kəs hər növ İmam Həsən Əsgəri məscidində aktivlik göstərirsə, özünə məxsus əcir və savabdan bəhrələnir. Onların bu müqəddəs məsciddə işləri verilən həmişəlik sədəqələrdən sayılır. Çünki bundan üstün sədəqə yoxdur. Çünki hər kəs bu müqəddəs məsciddə ibadət etsəonun savabından və icrindən məscid xidmətçiləri və quruuları üçün səbt olacaq.
İnşaallah bu məscid Şiə dünyasında mühüm təlim vətərbiyət ocağlarından biri olacaq. Çünki kitabxana, dərs zalları, müxtəlif məzhəb və mədəniyyət böləməlindən təşkil olacaq.
Qeyd etməliyik ki, bu müqəddəs məscidi İmam Həsən Əsgəri (ə) öz həyatı zamanında şiə ələminin böyük hədisçilərindən sayılan, öz xass vəkili, Əhməd ibn İshaqa göstəriş verib və tikilib. Hazırda min ildən çoxdur ki, müqəddəs Qum şəhərinin mədəniyyət və ibadət mərkəzlərindən biri kimi tanınır.
Bu məscidin yeni binası 25 min metr kvadratdır. Hal hazırda tikilir. Ən yüksək və inkişaf etmiş təchizatlara müccəhhəzdir. Ümumi zaldan başqa kitabxana, mədəniyyət bölməsi, dərs zalları və 1500 həcmində maşın stayankası olacaq.
Bu müqəddəs məscidin yeni binası hazırda şiə ələminin böyük mərcəyi təqlidi Həzrəti Ayətullah-ul üzma Safi Gülpayqaninin işrafı altında Qum şəhərində son mərhələlərini keçirir. Bu müqəddəs məscidin şiə ələminin ocağlarından biri və məzhəbi şəhər sayılan Qumun fəxredici məscidlərindən olması gözlənilir.