Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

Həzrəti Ayətullahul üzma Safi Gülpayqani Türkiyə Respublikasından bir qurup tələbə ilə görüşdə: Əhli beytin maarifini yaymaq üçün hər bir fürsətdən istifadə etməliyik. Gənc nəsli İslam maarifi ilə tanış etmək zəruridir.

Həzrəti Ayətullahul üzma Safi Gülpayqani Türkiyə Respublikasından olan bir qurup tələbəni hüzuruna qəbul etdilər. Bu görüş Həzrəti Zeynəbin vəfatı ilə təsadüf edirdi. Bu böyük qadının örnək kimi bütün dünya qadınlarının nümunısi kimi yad etdilər. Həzrəti Zeynəb Kərbəla hadisəsində mühüm rol oynamışdır. O həzrət öz bəyanatları və xütbələri ilə zülmü və yezidlərin zalım olmasını hamıya çatdırdı.
Həzrəti Ayətullahul üzma Safi Gülpayqani bu əzəmətli qadının dəfni barədə bəyan etdilər: Ehtimalı var O həzrətin məqbərəsi Misirdə olsun. Qahirə şəhərində böyük bir barigah varki, O həzrətin ziyarətçiləri rəcəb ayının əvvəlindən orada toplaşırlar və Həzrəti Zeynəbə təvəssül edirlər. Orada bir çox kəramətlərdə görünübdür. Əlbəttə Suriyada da O həzrətin ziyarətgahı kütlənin diqqət mərkəzindədir.
Həzrəti Ayətullahul üzma Safi Gülpayqani Türkiyəli tələbələrin öz ölkələrində İslam maarifini yaymaqda göstərdiyi səylərə görə təşəkkür etdilər və əlavə etdilər: Mən sizin fəaliyyətlərinizdən çox xoşhal oldum. Ey kaş məndə sizlərin birindən olaydım. Tainki edə biləydim bu dəyərli və mühüm işdə mənimdə səhmim olaydı.
Həzrəti Ayətullahul üzma Safi Gülpayqani vilayət məsələsinə toxunaraq Türkiyə tələbələrinə xitabən buyurdular: Sizin təbliğ səfərləriniz Allaha, Peyğəmbərinə və Qurana tərəf səfərdir. Sizin fəaliyyətləriniz bir növ cihad sayılır. Buna görə öz mövqeiyyətnizin qədrini bilin. Bu fürsətlərdən Əhli beyt maarifinin yayılması üçün istifadə edin.
Həzrəti Ayətullahul üzma Safi Gülpayqani buyurdular məndə sizin gündən günə müvəffəqiyyətli olmanız üçün dua edəcəyəm. Ümidvaram münasib hərəkət və xoş əxlaqla hamını bütünlüklə əhli beyt maarifinə tərəf dəvət edəsiniz.
Biz iftixar edirik ki,əhli beyt ardıcıllarıyıq və hər fürsətdən Əhli beytin dolğun maarifini yaymaq üçün istifadə etməliyik. Türkiyə milləti də əhli beyti sevirlər. Yenə ümidvaram ki, münasib proqramlarla əhli beyt maarifini bu ölkə də təbliğ edəcəksiniz.
Həzrəti Ayətullahul üzma Safi Gülpayqani xarici ölkələrdə İslam maarifini yaymağı mühüm dəyərləndirərək buyurdular: Bunun üstündə işlənilməlidir. Dünyaya İslamın gözəlliklərini çatdırmaq lazımdır. Şiəlikdən başqa heç bir məktəb bu növ dolğun mənbəyə malik deyil. Məsələn Həzrəti Əli (ə) ın nəhcu- bəlağədə ki xütbələri, məktubları çox mənalı, mərifət gətirən, təsirli və məzmunludur. Kütlənin müxtəklif quruplarına bu maarifi çatdırmaq zəruridir.